Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 m² olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.