ABŞ dövlət katibi Mayk Pompeo koronavirusun dünyaya vurduğu ziyandan danışıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, "Covid-19"a qarşı mübarizə tədbirlərinə Çinin töhfəsi 9 trilyon ABŞ dollarından artıq olmalıdır:

“Çinin pandemiyaya qarşı mübarizəyə verdiyi töhfə onların üzündən dünyanın çəkdiklərini nəzərə alsaq, çox cüzidir. Bu məhrumiyyətlər sırasına mart ayının əvvəlindən bu yana ölən 90 min amerikalının həyatı, 36 milyondan artıq amerikalının iş yerindən olması, bütün dünyada 300 min ölüm hadisəsi daxildir”, - Ağ Ev rəsmisi bildirib.