İtaliyada son sutka ərzində daha 665 nəfərdə koronavirusa yoluxma aşkar edilib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 227 364-ə çatıb. Onlardan 132 282-si sağalıb. Bildirilib ki, son bir gündə virusdan ölənlərin sayı da 161 nəfər artaraq ümumilikdə 32 330 nəfərə yüksəlib.

Xatırladaq ki, yeni növ koronavirus (Covid-19) infeksiyası Çinin Uhan şəhərində meydana gəlib. Virus Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan olunub.