ABŞ-ın Arizona ştatında ticarət mərkəzində atışma baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Qlendeyl şəhərində baş vermiş hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi saxlayıb.

Hazırda hadisənin motivləri ilə bağlı araşdırma aparılır.