Fransada son sutka ərzində koronavirusdan daha 46 nəfər dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, COVID-19 qurbanlarının ümumi sayı 29,1 min nəfəri ötüb. 

"Fransada epidemiyanın başlanğıcından 29 111 insan öldü. Onlardan 18 761 nəfəri xəstəxanalarda, 10 350 nəfər sosial və tibbi-sosial müəssisələrdə vəfat etdi", - idarənin rəsmi məlumatında deyilir.