"Qarabağ" futbol klubu karantin qaydalarını pozub. 

Unikal.org xəbər verir ki, "Sabah" - "Qarabağ" matçı bitəndən sonra, Ağdam təmsilçisinin futbolçuları - Rəşad Sadıqov, Ailton Silva, Xayme Romeo müsahibə verərəkən tibbi maskadan istifadə etməyiblər.

PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev Unikal.org-a açıqlamasında bildirib ki,  qurumun  koronavirusla bağlı əsasnaməsi  Premiyer Liqa ilə yanaşı yoldaşlıq görüşlərinə də aiddir.