UEFA, Çempionlar Liqasında mövsümü bitirmək üçün yeni plan hazırlayıb.

Unikal.org xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Yeni plana əsasən, ÇL-in 1/8 final mərhələsinin cavab oyunları 8-9 avqustda keçiriləcək.

Bundan sonra 8 komandanın iştirakı ilə Portuqaliyanın Lisssabon şəhərində mini turnir başlayacaq. Komandalar 1/4 finalda və yarımfinal mərhələsində bir görüş keçirəcəklər. Oyunlar “Joze Alvalade” və “Eştadiu da Luiş” stadionunda oynanılacaq.

Planın UEFA İcraiyyə Komitəsinin iyunun 17-də keçirəcəyi iclasda təsdiq olunacağı gözlənilir.