Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyunu keçirilib.

Unikal.org xəbər verir ki, "Kapital Bank Arena"da təşkil olunan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda ilk qolu 7-ci dəqiqədə meydan sahibləri vurub.  35-ci dəqiqədə "Sumqayıt" penaltidən yararlana bilməyib.

Əvəzində "Qəbələ"  40-cı dəqiqədə hesabı bərabərləşdirib.

İkinci hissədə tərəflərdən hərəsi 1 qol vuraraq yaşıl meydandan sülhlə ayrılıb.