Remdesivir preparatını Avropa İttifaqı ölkələrində koronavirusun müalicəsində istifadə etməyə şərti icazə verilib.

Unikal.org xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

İcazə sürətləndirilmiş prosedur üzrə verilib. 

“Remdesivir haqqında məlumatlar sürətli yoxlama proseduru vasitəsilə çox qısa müddətdə dəyənləndirilib. Bu yanaşma səhiyyədə fövqəladə hal yaranan zaman istifadə  olunur”, - deyə məlumatda bildirilir.