Ermənistanda son sutkada daha 288 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 586 nəfərə çatıb. Son sutka ərzində koronavirusa yoluxan 2 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 770 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 30 850 nəfərdir.