Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin bir çox məşhurların da həyatına mənfi təsirini göstərməkdədir. 

Bununla bağlı Unikal.org-a açıqlama verən müğənni Xatrə İslam son bir neçə ayının darıxdırıcı olduğunu bildirib.

Müğənni “Instagram” hesabında etdiyi “Sanki bu neçə ayda qocaldım” paylaşımına münasibət bildirərək: “Adam qocalar da, bütün günü evdəyik, aylardır görməyə heç bir iş yoxdur. Hamı necə, mən də elə. Adam evdə darıxır, çox darıxdırıcıdır”,– deyə müğənni bildirib.

Qeyd edək ki, son zamanlar jurnalistlərə müsahibələr verməkdən yayınan Xatirə İslam ismarışlarını “Instagram” hesabı üzərindən edir.

Dürrə Həsənova