Aktyor Murad Yıldırım çəkilişlərdən və aldıqları qonorardan şikayət edən həmkarlarını tənqid atəşinə tutub.

Unikal.org xəbər verir ki, o, üzünü sənət adamlarına tutaraq bu mövzuları ictimailəşdirməmələrini məsləhət görüb:

“Çətin şərtlərdə işləyirik deyə, üsyan edən aktyorları anlaya bilmirəm. Kimi kimə şikayət edirlər? Çəkiliş problemləri orada danışılır. Əsgər maaşı ilə dolananlardan deyilsiniz. Hər kəsin aldığınız maaşı dördə vurub aylığınızı hesablaya biləcək savadı var”.