Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində daha 45 görüş keçiriləcək.

Unikal.org-un məlumaıtına görə, son oyun günündə "Sumqayıt" da mübarizəyə qoşulacaq. "Gənclik şəhəri" təmsilçisi avrokuboklardakı debüt oyununda Şimali Makedoniya "Şkendiya"sı ilə qarşılaşacaq.

"Kapital Bank Arena"dakı qarşılaşma saat 20:00-da balayacaq.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

27 avqust

20:00. “Sumqayıt” (Azərbaycan) – “Şkendiya” (Şimali Makedoniya)
Hakimlər: 
Arman Esmuratov, Sergey Vasyutin, Samat Terqevsizov, Jandos Abjan (hamısı Qazaxıstan)
Sumqayıt, “Kapital Bank Arena”

Qeyd edək ki, bu gün "Sumqayıt"la yanaşı, "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrouboklarda ilk oyunlarını keçirəcəklər.