ABŞ-ın cari prezidenti Donald Tramp yenidən prezident seçilməyi üçün avqustun sonunadək seçki kampaniyasına 325 mln dollar, onun əsas rəqibi Demokratlar partiyasından namizəd Co Bayden isə 466 mln dollar toplayıb.

Unikal.org xəbər verir ki, bu barədə “Wall Street Journal” yazır.

Qeyd olunur ki, Baydenin seçki kampaniyasının vəsaiti barədə məlumatları heyətin böyük əməkdaşı, Trampla bağlı məlumatları isə Amerika liderinin seçki  kampaniyasının mətbuat xidmətinin rəhbəri Tim Murto “Twitter” səhifəsində açıqlayıb.

Daha öncə maliyyə üstünlüyü Trampın tərəfində idi. O, hələ 2017-ci ilin yanvarında seçki kampaniyası üçün pul toplamağa başlamış və 2020-ci ilin əvvəlində artıq 100 milyon dollardan çox vəsait yığmışdı. Baydenin pul toplama kampaniyası isə fərqi yalnız bu ilin aprelində aradan qaldırmağa başlayıb.