Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov  Şuşa şəhərində guya “dağıdılan” kilsədə erməni musiqiçinin violonçel ifa etdiyi paylaşımına münasibət bildirib.

Unikal.org-a açıqlama verən R.Mahmudov bildirib ki, ermənilər "bu cür təbliğat"la öz yalan tarixlərini təbliğ etdiklərini düşünürlər. Dosent qeyd edib ki, mənfur qonşularımızın bütün tarixi yalan üzərində qurulub:

"Ermənistan yalan üzərində qurulmuş dövlətdir.Onların heç vaxt dövləti olmayıb. Əgər olubsa, onda desinlər ki, İrəvandan öncə onların paytaxtı hara olub. Amma Azərbaycanın paytaxtı Gəncə, Bakı, Təbriz, Şamaxı və Bərdə olub. Görün neçə paytaxtımız olub. Ermənilərin tarixində isə belə şey yoxdur. Erməni dövlətini isə havadarları yaradıb. İstənilən videonu çəkib, istənilən musiqini səsləndirsələr də xeyri yoxdur.  Hamı onların yalanlarını bilir."