"Qarabağ"ın İspaniya "Vilyarreal"ına qarşı keçirəcəyi UEFA Avropa Liqasının I qrupunun II tur oyunu üçün təyinatlar açıqlanıb.

Unikal.org xəbər verir ki, qarşılaşma Çexiyadan olan hakimlər briqadasına həvalə edilib.

Referi Pavel Orelə Petr Blajey və İrji Krjij köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqovadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.