Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Şuşanın işğaldan azad olunması münasibəti ilə paylaşım edib.

Unikal.org xəbər verir ki, partiyanın rəsmi feysbuk səhifəsindəki paylaşımda deyilir:

"Şuşanın 28 il sonra Ermənistanın işgalından azad edilərək yenidən ana vətənə qovuşmasını coşqu ilə salamlayırıq. Azərbaycanlı qardaşlarımızın yanındayq".