Ötən sutka ərzində Bakı şəhərinin Yasamal və Qaradağ rayonları üzrə iki nəfər liftdə köməksiz qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinə iki müraciət daxil olub.

Bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.