Ermənistan silahlı qüvvələri Ağdam rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Unikal.org xəbər verir ki, Ermənistan ordusu daha çox rayonun Qaradağlı kəndini atəşə tutub.

Ötən gecə Ermənistan ordusu tərəfindən kəndə mərmi atılıb, nəticədə 2 ev tamamilə dağılıb, bir neçə evə qismən zərər dəyib.

Qaradağlı kənd ərazi nümayəndəsinin müavini Zəfər İmanov APA–nın yerli bürosuna açıqlamasında bildirib ki, sentyabrın 27-dən indiyədək kənddə ümumilikdə 150-yə yaxın evə ziyan dəyib ki, onlardan 22-si dağılıb.

“İki mülki şəxs həlak olub, iki nəfər yaralanıb. Mərmilərin partlaması nəticəsində kənddə vətəndaşlara məxsus 20 baş iribuynuzlu, 50-yə yaxın xırdabuynuzlu heyvan, 200-dən çox ev quşu tələf olub”, - deyə Z. İmanov qeyd edib.