Kürdəmirdə yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, 24 yaşlı sürücü Cəfərov Yolçu Şaiq oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsi idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. (report)