Salyan rayon sakinlərindən qanunsuz silahlar götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında Qarabağlı kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kənd sakini M.Əkbərovdan “Huğlu” markalı, Kərimbəyli kənd sakini D.Qurbanovdan isə “Tula” markalı ov tüfəngləri götürülüb.