14 il öncə ordu sıralarında gizir olaraq xidmətə başlayan Yevlax sakini Emin Baxşəliyev Vətən müharibəsində ayağından yaralanıb.

Unikal.org xəbər verir ki, Baxşəliyev beş gün yaralı halda döyüşüb, hərbçi yoldaşlarını döyüş meydanından çıxarıb. O, geri qayıdarkən düşmən tərəfə əsir düşüb.

70 gün əsirlikdə çəkdiyi məşəqqətlər, iztirablar gözlərinin dərinliyində, baxışlarında həkk olsa da, Emin bu barədə heç nə danışmır. Deyir ki, Vətəninə qovuşacağına inamını bir an belə itirməyib.