Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biri də əsgər Şamil Nəcəfovdur.

Unikal.org xəbər verir ki, əslən Yardımlı rayonundan olan Şamil bakalavr və magistr təhsilini başa vuraraq hərbi xidmətə gedib. Müharibənin ilk günündə döyüşlərə qatılan igidimiz riyaziyyatı yaxşı bildiyinə görə artileriyya bölməsinə seçilib.

Şamilin uşaqlıqdan ən böyük arzusu hərbçi olmaq və erməni vandalizmi nəticəsində qətlə yetirilən həmyerlilərimizin qisasını almaq olub. İntiqam hissi ilə böyüyən Şamilin arzusu vətən müharibəsi başlayanda reallaşıb. Kəlbəcər istiqamətində döyüşlərə qatılan əsgərimiz düşmən mövqelərini və canlı qüvvələrini verdiyi dəqiq koordinatlarla darmadağın edib.

Anası deyir ki, oğlunun döyüşlərdə iştirak etməsindən xəbərsiz olub. Çünki Şamil döyüşlərə qatıldığını onlardan gizlədirmiş.

Müharibənin ilk günlərində düşmənə qan udduran Şamil Nəcəfov oktyabr ayının 1-də Murov istiqamətindəki qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.