Topçu Vüsalı təhqir edən direktor da koronavirusa yoluxub.

Unikal.org-un əldə etdiyi məlumata görə, 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovada Covid-19 aşkarlanıb. Hazırda o, ev şəraitində müalicə alır.

Qeyd edək ki, direktor sosial şəbəkədə Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimoun fotosuna “Əcəli tez gəlsin, ay Allah” deyə rəy yazmışdı.M.İsmayılovanın bu rəyi sosial şəbəkə istifadəçilərinin qınağına səbəb olmuşdu. Sonradan direktora Təhsil Nazirliyi tərəfindən töhmət verilib.

Famil Fərhadoğlu