2020-2021-ci tədris ilində 232 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Unikal.org xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

O qeyd edib ki, 2020-2021-ci tədris ilində Hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 3, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 232 nəfər xaricdə təhsil almaq hüququndan yararlanacaq.