Gürcüstanda 2020-ci il dekabrın 31-dən milli valyutanın tərkib hissəsi olan 1 və 2 tetriləri (qəpiklər) nağd hesablaşmalar üçün dövriyyədən çıxardıb. Artıq bu pul vahidlərinin nağd ödəniş vasitəsi kimi istifadə müddəti başa çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb. Məlumata əsasən, Gürcüstan Milli Bankı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 2019-cu il 1 yanvar tarixindən etibarən 1 tetri nağd ödəmə prinsipi yuvarlaqlaşdırma metoduna çevrilir. Yuvarlaqlaşdırma metodu yalnız nağd ödənişə şamil edilib, nağdsız ödəniş isə yenə də bir tetri dəqiqliyi ilə mümkündür.

Milli Bank vətəndaşlara xəbərdarlıq edib ki, 2021-ci il yanvarın 1-dən bir il ərzində 1 və 2 tetri qəpiklərinin Gürcüstanda və Gürcüstan Milli Bankında fəaliyyət göstərən kommersiya bankları vasitəsilə, 2022-ci il yanvarın 1-dən isə yalnız Gürcüstan Milli Bankı vasitəsilə ömürlük dəyişdirə biləcəklər.