Kriptovalyuta bazarında kəskin ucuzlaşma baş verib.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bitkoinlərin qiyməti qəfil ucuzlaşıb. Belə ki, kriptovalyuta bazarında 10 faiz həcmində ucuzlaşma olub.

31 701 ABŞ dollarına təklif olunan bitkoin kriptovalyutası 30 200 dollara qədər enib. Birjalarda qəfil ucuzlaşmanın dəqiq səbəbləri məlum deyil.