"Wikileaks"in sahibi Culian Assanjın Böyük Britaniyada London məhkəməsi tərəfindən işinə baxılır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda məhkəmə prosesi davam edir. Məhkəmədə Assanjın ABŞ-a ekstradisiya edilməsi məsələsinə baxılır.

Əgər məhkəmə yekunda bu yöndə qərar verərsə, Culian Assanjı 175 illik həbs cəzası gözləyir.

Qeyd edək ki, Assanj bəzi məxfi və dövləti məlumatları ictimailəşdirən dünyaya yayan skandallı "Wikileaks"in sahibidir.