Şərqi Afrika regionunda yerləşən Somalidə partlayış baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Şabel əyalətində baş verən partlayış nəticəsində 2 mülki şəxs və 1 hərbçi olmaqla, 3 nəfər həyatını itirib. Bombanın partladılması həmçinin 14 nəfərin xəsarət almasına səbəb olub ki, onlardan 6-sı hərbçi, 8-i isə mülki şəxs olub.

Terror aktının məsuliyyətini üzərinə götürən qruplaşma olmayıb. Hazırda araşdırmalar davam etdirilir.