Ukraynada etiraz aksiyası keçirilib.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, təxminən 300 nəfərin iştirakı ilə baş tutan aksiya zamanı Kiyev-Xarkov magistralı bağlanılıb. Etirazçıların əsas tələbi qaz və digrə kommunal xidmətlərinin qiymətinin aşağı salınması olub.

Aksiyaçıların mütləq əksəriyyəti təqaüdçülər olub. Polis etirazçıları müşayiət etsə də, aksiyaya müdaxilə etməyib. Etiraz aksiyası insidentsiz başa çatıb.