Bakıda şadlıq sarayında oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki şadlıq saraylarının birindən 10 000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, Y.Yusifov və A.Abbasov saxlanılıblar.

Davam etdirilən tədbirlərlə A.Abbasovun yaşadığı evə baxış zamanı oradan 3 qram heroin və 9 qram metamfetamin aşkar edilərək götürülüb.