İran Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ prezidenti Donald Tramp və daha 48 vəzifəli şəxsi "İnterpol"a verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İranda Süleymaninin ölümü ilə bağlı hüquqi prosedurlara başlandığı bildirilib. İraq da daxil olmaqla, 6 ölkə ilə bu sahədə əməkdaşlıq ediləcəyi vurğulanıb. Tramp, Pentaqonun vəzifəli şəxsləri və İraqdakı ABŞ hərbçilərindən ibarət ümumilikdə 48 nəfərlik siyahı Süleymaninin öldürülməsində ittiham edilərək "İnterpol"a verilib.

 

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad şəhərində hava hücumu nəticəsində ölmüşdü.