Gürcüstanda partayış hadisəsi baş verib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hadisə Acarıstan muxtariyyətinin paytaxtı Batum şəhərində baş verib. İkimərtəbəli evdə qaz sızması nəticəsində böyük partlayış meydana gəlib. Evin əhəmiyyətli hissəsi dağılıb.

Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Gürcüstan polisi elektrik və istilik enerjisindən təhlükəsiz istifadə qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.