ABŞ-in yeni seçilmiş prezidenti Co Bayden hazırkı prezident Donald Trampın onun andiçmə mərasimində iştirak etməməsini yaxşı hal kimi qiymətləndirib.

Unikal.org xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

“Yaxşı ki, o, andiçmə mərasimində iştirak etməyəcək”, - deyə C. Bayden vurğulayıb.

C. Bayden qeyd edib ki, D. Tramp ABŞ tarixində ən səriştəsiz prezidentlərdən biridir.

Qeyd edək ki, D. Tramp C. Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Xatırladaq ki, D. Tramp ABŞ tarixinə andiçmə mərasiminə qatılmayan dördüncü prezident olacaq.