Məlumat verdiyimiz kimi Novruz Aslanov İsmayıllı rayonunda şəhid ailələri və qaziləri ziyarət edir. Yanvarın 11-də millət vəkili bu məqsədlə İsmayıllı rayonuna növbəti səfərini edib. 

Unikal.org xəbər verir ki, Novruz Aslanov və millət vəkili Tahir Kərimli  ilə birgə Kürdmaşı kəndində yaşayan şəhid Əliyev Fərid Hamlet oğlunun və Ağazadə Emin Valik oğlunun evlərini ziyarət etmiş, valideynlərinə baş sağlığı vermişlər. Daha sonra millət vəkilləri Qubaxəlilli kəndində şəhid Qafarov Saməddin Rasim oğlunun və şəhid Səlimzadə Kənan Məmiş oğlunun ailələrinə baş çəkmişlər. Millət vəkilləri Xəlilli kəndində yaşayan şəhid Müseyibli Ülvi Şakir oğlunun evində olmuş, onun həyat  yolu ilə tamış olmuş və ailəsinə baş sağlığı vermişlər. Ziyarət edilmiş hər ailəyə ərzaq ,məişət əşyası və geyim verilmişdir.Şəhid ailələri  millət vəkillərinin ziyarətini yüksək qiymətləndirmiş və təşəkkür etmişlər.

Görüşlərdə millət vəkili şəhid ailələrinin və qazilərin daim dövlətin qayğısı ilə əhatə olunduqlarını, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərimizin müalicəsini diqqətdə saxladıqlarını, onların problemlərinin həlli üçün bütün zəruri addımların atıldığını bildirmişdir. 

Ziyarət edilmiş hər ailəyə ərzaq, qeyri-ərzaq, məişət əşyaları ilə yardım edilmişdir. Şəhid ailələri və qazilər millət vəkillərinə təşəkkür etmişlər.
Məlumat üçün bildirək ki, İsmayıllı rayonundan 28 şəhid və 80-ə yaxın qazi vardır. Novruz Aslanov bundan öncə yanvarın 3-də və 6-da və 8-də rayonda şəhid ailələri və qazilər ilə görüşmüşdür.