Hindistanın Pune şəhərində yerləşən  Serum İnstitutunda yanğın baş verib.

Unikal.org xəbər verir ki, Hindistan dövlət televiziyası NDTV-nin hesabatına görə, "dünyanın ən böyük peyvənd istehsalçısı" olaraq təyin olunan Serum İnstitutundakı yanğının inşası davam edən binada baş verdiyi və bölgəyə çox sayda xilasetmə qrupunun göndərildiyi bildirilib. 

Səlahiyyətlilər, Punedakı müəssisədəki yanğında koronavirus peyvəndi istehsalının təsirlənmədiyini qeyd edib.