"Terminator"un ulduzu  Arnold Alois Şvartsenegger koronavirus peyvəndi vurdurub. 

Unikal.org xəbər verir ki, 73 yaşlı amerikalı aktyor maşında Covid-19 əleyhinə vaksin vurdurub.  

Belə ki, aktyorun maşında vaksin vurdurması gündəm yaradıb.  O, "Mən növbə gözləməkdən heç vaxt xoşbəxt olmamışam. Yaşamaq istəyirsənsə mənə qoşul", - deyə insanları hər cür şəraitdə vaksin vurdurmağa çağırıb.