Yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması, tıxac və sıxlıq hallarının aradan qaldırılması məqsədi ilə Nizami rayonu, Bəkir Çobanzadə və Cəmşid Naxçıvanski küçələrinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılmış, nişanlanma işləri aparılıb.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Bildirilir ki, həmin işlərin nəticəsində :

- Kəsişmədə kilidlənmiş tıxacların yaranması ehtimalı azaldılıb;

- Növbəli hərəkət təmin edilərək yol nəqliyyat hadisələrinin baş vermə riski minimuma endirilib;

- Nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.