Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım "Elgizlə izlə" proqramına qonaq olub.

Unikal.org  xəbər verir ki, o, proqram zamanı həyat yoldaşı Yaşarla bağlı bir sıra açıqlamalar verib. 

"Yaşar Nuri ilə 40 il ailəli olmuşuq, ona bir dəfə sual verə bilməzdim o kimdir və nəyin var? O, mənə demişdi ki, heç bir işimə qarışma. Mən də kar, lal, kor oldum. Onun xoşu gəlməyən heç nəyi etmirdim. Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi, ancaq sənət düşünürdü. Onun pulda, qızılda gözü olmayıb.

Dövlət ona beşotaqlı ev vermişdi. Yaşar Nuri xəstə olanda satdıq, müalicəsinə xərclədik. Türkiyədə müalicə üçün pul lazım idi. Sonra üçotaqlı evimizi satdıq, ikiotaqlı aldıq. Yaşamaq üçün bizə də pul lazım idi".