Ermənistanın baş naziri Nikol Paşinyan, yüzlərlə yerli sakinin onun bölgəyə getməsinə qarşı etiraz nümayişindən sonra, cənubdakı Ağarak şəhərini tərk edib.

Unikal.org xəbər verir ki, nümayiş yerli xəbər portalları tərəfindən real vaxt rejimində göstərilib.

Paşinyan meqafonda "Onların davranışlarına görə üzr istəyirəm" deyib, bir neçə metr gedib və maşına minərək oradan uzaqlaşıb.

***11:22

Ermənistanın cənubundakı Sünik (Zəngəzur) bölgəsində baş nazir Nikol Paşinyanın səfərinə qarşı etiraz aksiyası keçirilir.

Unikal.org  erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Meğriyə gəlib. Buna etiraz edən yerli sakinlər ondan dərhal şəhəri tərk etməsini istəyiblər. Hadisə yerində Paşinyanın bir qrup tərəfdarı ilə əleyhdarı arasında dava düşüb.