Xəbər verdiyimiz kimi, Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a bildirilib ki, iyunun 23-də Ağdam rayon Quzanlı qəsəbə sakini olan 17 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Məlumatla əlaqədar Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

***15:47

Ağdam rayonunda yaşayan 17 yaşlı qız ana olub.

Unikal.org xəbər verir ki, rayonun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü S.Quliyeva iyunun 23-də hamilə vəziyyətdə Gəncə şəhər doğum evinə gətirilib.

17 yaşlı qızın həmin gün övladı dünyaya gəlib.

S.Quliyevanın 16 yaşı tamam olmadan öncə cinsi əlaqədə olması ilə bağlı Ağdam RPŞ-də araşdırma aparılır. (qafqazinfo)