"İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu bu ilin yanvar-may aylarında 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verib. Bu kreditlər hesabına 770-ə yaxın yeni iş yeri-nin yaradılması nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "Twitter"də bildirib.

"Güzəştli kreditlərin 95,7%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür", - deyə o, qeyd edib.