Rusiyada son sutka ərzində daha 23 962 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 5 682 634 nəfərə çatıb.

Son sutka ərzində 725 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 140 041 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.