Amerikalı aktrisa Syuzann Duqlas 64 yaşında vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb. 

Qeyd edək ki, S.Duqlas “Step”, “Rok məktəbi” filmlərində yaratdığı rollarla məşhurdur. Sonuncu yer aldığı layihələrdən biri isə 2019-cu ildə Ava DuVernayın rejissoru olduğu "When They See Us" (Netflix) filmi idi. O filmdə əsas personajlardan birinin anası rolunu canlandırıb.