Nəsimi rayonu 35 nömrəli məktəbin həyətində ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin rəsmisi Bəhruz Məhəmmədov Unikal.org-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb və məktəbin həyətindəki ağacların bioloji inkişafdan qaldığı məlum olub. 

“Xidmətin əməkdaşlarının nəzarəti altında rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən qurumuş ağacların yerinə yeniləri əkilib və suvarma sistemi təşkil edilib. Ağaclara mütəmadi aqrotexniki qulluq göstərilməsi məqsədilə məktəbin rəhbərliyinə məcburi göstəriş verilib”.