Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.

Unikal.org  xəbər verir ki, bu barədə idman jurnalisti Nikolo Şiran məlumat yayıb. Onun iddiasına görə, komandanı Lui van Qal çalışdıracaq.

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Lui van Qal Niderland millisinə qayıtmağa yaxındır. Tərəflərin iki illik müqavilə imzalayacağı gözlənilir" deyə Nikolo Şiran iddia edib.