Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası növbəti yoxlama matçı keçirib.

Unikal.org xəbər verir ki, rəqib Rusiyanın "Arsenal" (Tula) klubu olub. Kirxdorf şəhərində təşkil olunmuş qarşılaşma qonşu ölkə komandasının qələbəsi ilə yekunlaşıb. Yeganə topu 20-ci dəqiqədə Yevgeni Markov vurub.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk yoxlama oyununda Bolqarıstanın MOİK (Sofiya) komandasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.