ABŞ Avstraliyanın cənubunda yeni hərbi bazalar quracaq.

Unikal.org xəbər verir ki, bu barədə Avstraliyanın müdafiə naziri Peter Dutton məlumat verib.

O qeyd edib ki, minlərlə ABŞ əsgəri artıq ölkədəki hərbi bazalarda təlim keçir, lakin Avstraliyadakı ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin sayı əhəmiyyətli dərəcədə artacaq.

Nazir həmçinin bildirib ki, Avstraliya Hərbi Hava Qüvvələrinin ölkənin şərq sahillərində yerləşən iki bazasının imkanları genişləndiriləcək. Söhbət hərbi bazalara bombardmançı və kəşfiyyat təyyarələri də daxil olmaqla müxtəlif növ təyyarələrin yerləşdirilməsindən gedir.