Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə dəfn olunub.

Unikal.org xəbər verir ki, mərhum Füzuli rayonunun Şıxbabalı kəndində valideynlərinin yanında torpağa tapşırılıb. 

***

08:31

Tanınmış müğənni Səyyad Əlizadə Füzuli rayonunda dəfn ediləcək.

Bu barədə Unikal.org-a müğənninin kürəkəni Razim Qarayev məlumat verib.

O bildirib ki, S.Əlizadə Füzulidə ana və atasının məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Seymur Əli