Əfqanıstanın Cəlalabad şəhərində terror aktı törədilib.

Unikal.org. xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin mərkəzində törədilən terror aktında 1-i uşaq olmaqla, “Taliban” hərəkatının 3 üzvü həlak olub.

Məlumata görə, bomba şəhərin mərkəzi küçələrinin birində yerə basdırılıb və uzaqdan idarəetmə ilə partladılıb.